Modern.az

Müxalifət Moskvada mitinq keçirir

Müxalifət Moskvada mitinq keçirir

Təhsil

20 Sentyabr 2015, 22:23



Moskvanın Marinyo rayonunda “Hakimiyyətin dəyişilməsi naminə” mitinq keçirilir. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu, müxalifətin şəhərdən kənarda keçirdiyi ilk aksiyadır.

Moskvanın cənub-şərqindəki Marinyo rayonunda keçirilən aksiya hakimiyyətlə razılaşdırılıb. 40 min nəfərin iştirakına razılıq verilən mitinq iştirakçılarını çox sayda polis mühafizə edir.

Aksiya iştirakçıları əllərində Rusiyanın və “Həmrəylik” hərəkatının və Tərəqqi Partiyasının bayraqları ilə çıxıblar. Bundan əlavə, iştirakçıların əllərində “Demokratik seçim” partiyasının da bayraqları var. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir