İsveçrənin şimalında kiçik təyyarə qəzaya uğrayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, insident Holtsiken şəhərində qeydə alınıb.
Məlumatda qeyd edilir ki, təyyarə yerə düşəndən sonra avtomobillə toqquşub. Təyyarənin pilotu və maşının sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yerli KİV-in məlumatına görə, qəza yerinə bir neçə yanğınsöndürən maşın gəlib.
Modern.az