Modern.az

Kiyevdə Türkiyədəki terror əleyhinə dəstək mitinqi keçirilir - VİDEO

Kiyevdə Türkiyədəki terror əleyhinə dəstək mitinqi keçirilir - VİDEO

Təhsil

20 Sentyabr 2015, 23:21

Bu gün Ukrayna vaxtı ilə saat 13.00-da KiyevdəUkrayna Azərbaycanlıları Birləşmiş Diasporunun(UABD) təşəbbüsü iləTürkiyənin terror əleyhinə mübarizəsinə dəstək məqsədilə yürüş-mitinqkeçirilir. UABD-nun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadovun Azadinform-a verdiyi məlumata görə, yürüş-mitinqə Kiyevdə fəaliyyət göstərən Türk diasporunun nümayəndələri də qatılacaq.

H.Cavadov bildirib ki, Kiyevin ən böyük meydanlarından olanMaydanda reallaşacaq yürüş-mitinqə 200-dən çox Azərbaycan və Türk diaspor üzvlərinin qatılacağı gözlənilir:“UABD-nin, xüsusən də hər iki ölkə gənclərindən Deniz Çelebi və Beyrək Allahyarovun təşəbbüslərinin  yürüş-mitinqə daha böyük töhfə verəcəyini düşünürük. Aksiyada Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, terroru lənətləyən şüarlar qaldırılacaq. Yürüş-mitinq üçün rəsmi icazəni Kiyev meriyasından Azərbaycan diasporu olaraq UABD alıb”.  (Azadinform)

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir