Modern.az

Leyla Əliyeva - Çətin ki, geri dönə

Leyla Əliyeva - Çətin ki, geri dönə

20 Sentyabr 2015, 23:33

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Çətin ki, geri dönəadlı şeiri oxucuların ixtiyarına veririk.

Sevinci qaytar mənə...
Qaytar mənə kədəri.
Son da maraq eləyir
başlanğıcı, əvvəli...
Küləksə yaşananı
qataraq qabağına
aparır uzaqlara...
Şəbi yelda gündüzü
çəkib hörük darına...

Gülüşü qaytar mənə...
Qaytar göz yaşlarımı.
Olub-keçənlər tez-tez
sarır yuxularımı...
Bir dəqiqəni belə
yox bölüşmək istəyim...
Yazılmaz günahıma
yəqin bu xəsisliyim...

Tufanı qaytar mənə...
Qaytar sakitliyimi.
Tükənməz olsa belə
məndə bu həyat eşqi -
Xahiş edirəm səndən
günün qürub çağını...
Yox! Ayaq saxla bir an,
sən bu gün Günəşimə
toxunma... yalvarıram.

Amma o eşitməyir
dediyim kəlmələri.
Onu yenidən məndən
alır, qoparıb gedir...
Payızı qaytar mənə -
o qızılı payızı...
Qaytar ruzigarımı...
İlıq nəfəsdən belə
əriyən ağ qarımı...

Əks-sədanı qaytar...
Qaytar mənə kölgəmi.
Axı, dünyada hər şey
dövr edir, təkrarlanır...
Yaşayıban başa vur
Bu günü də eləcə.
Çətin o bir də sənin
Sabah yanına dönə...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu