ABŞ-da “Emmi” televiziya mükafatlarının təqdimatı keçirilib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 67-ci dəfə baş tutan mərasimdə “Taxt oyunları” serialı “İlin ən yaxşı dram”ı kateqoriyasında qələbə qazanıb.
5 sezonu geridə qalan “Taxt oyunları” üçün bu ilk belə qələbədir. Serial bununla yanaşı, “Dramatik serialda ən yaxşı köçəkçi kişi aktyor”, “Ən yaxşı rejissor” və “Ən yaxşı ssenari” kateqoriyalarında qalib olub.
“Vitse prezident” serialı isə “ilin komediyası” janrında qalib gəlib.
“Dramatik serialda ən yaxşı kişi aktyor” nominasiyasında artıq başa çatan “Dəlisovlar” serialının ulduzu Con Hem layiqli qələbəsini bayram edib. Viola Devis isə “Qətlə görə cəza çəkməkdən necə yaxa qurtarmaq olar?” serialına görə qadınlar arasında analoji nominasiyada qalib gəlib.
“Komediya serialında ən yaxşı aktrisa” Culiya Lui-Dreyfus, “Ən yaxşı aktyor” isə Ceffri Tembor (Aşkar olan) seçilib.
“Emmi” mükafatı televiziya serialları üçün verilən ən nüfuzlu mükafat hesab olunur.
Vüqar İsmayılov