Azərbaycanda növbəti dəfə keçiriləcək parlament seçkilərinə az bir vaxt qalır. Artıq deputatlığa namizədliklərini Dairə Seçki komisisyalarında (DSK) təsdiqlədən namizədlər imzatoplama kampaniyalarına strat veriblər və ciddi cəhdlə növbəti seçkilərdə qalib olmağa çalışırlar.
Hazırda Milli Məclisdə təmsil olunan deputatların bir çoxu yenidən namizəd olublar, amma onların bir qismi seçkilərə hazırda deputat olduqlarə bölgədən deyil, başqa dairədən qatılıblar. Uzun müddət bir dairədən seçilərək orada tanınıblar, seçicilərlə işləyiblər. Bu gün isə yeni dairə, yeni insanlar və yeni iş prinsipi ortaya çıxır. Bəs, bu, həmin deputatların namizədlik yolunda çətinlik yaradacaqmı?
29 saylı Səbail seçki dairəsinin deputatı Fuad Muradov 34 saylı Xətai İkinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. O bildirib ki, hazırda dairədə bütün hazırlıq mərhələsini keçiblər.
“İmza vərəqləri toplanılır, imzalar alınır. İnanıram ki, Azərbaycanda seçkilər yüksək səviyyədə keçiriləcək. Bizim də məqsədimiz insanlarla işləmək, onlara dəstək olmaq, onları narahat edən məsələləri müxtəlif instansiyalara çatdırmaqdır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti məhz hər bir insanın rifahının yaxşılaşdırılması istiqamətindədir. Bizim də məqsədimiz odur ki, insanlara yüksək səviyyədə xidmət göstərək və onlara yardımçı olaq. Ona görə də Bakı şəhərində həyata keçirilən işlərdə iştirak edəcəyik”.
46 saylı Şirvan seçki dairəsinin deputatı Azay Quliyev 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən namizədliyini verib. O bildirib ki, Azərbaycanın Milli Məclisinə deputat seçilir, Qazax, Naxçıvan, Şirvan, Binəqədiyə yox:
“Ona görə də Azərbaycanın istənilən bölgəsindən namizədliyimi verib qalib gəlməyə iddialıyam. İkinci tərəfdən, 10 ildir millət vəkiliyəm və kifayət qədər ictimai-siyasi fəaliyyətim var. Heç bir halda dairə, bölgə, region problemim olmayıb. Binəqədi 8 saylı Birinci Seçki Dairəsi ərazisində uzun müddət yaşamışam. Ona görə bu dairə mənim üçün doğmadır, orada uzun müddət əlaqədə olduğum dostlar, ziyalılar, ictimai-siyasi fəallar, veteranlar, müharibə əlilləri var.
Üçüncüsü də, mənim namizədliyim seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Ona görə də mən də seçicilərin bu təşəbbüsünə hörmət əlaməti olaraq məktubu qəbul edib, oradan namizədliyimin irəli sürülməsinə razı olmuşam”.
93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı Zahid Oruc 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini verib. O qeyd edib ki, milli mənafelər üçün çalışan hər bir insan üçün Azərbaycanın bütün əraziləri eyni dərəcədədə doğma olmalıdır. Çünki millət vəkilliyi konkret bir dislakasiya və ərazi məkanı üzərində mübarizəni özündə ehtiva etsə də, nəticədə o, Azərbaycanın millət vəkili adlanır.
“Konkret bir dairəyə bağlanmır. Beynəlxalq məkanda ölkəsini təmsil edərkən Bərdə, Lənkaran adından çıxış etmir, bütövlükdə ölkəsini təmsil edir. Ötən dövr ərzində Bərdənin təmsilçisi olaraq insanlarla təmasda olmuş, qaynayıb-qarışmış və o bölgənin yüzlərlə probemlərinə dövlətimizin gücü ilə hansısa formada təsir etməyə çalışmışıq. Bunu insanlarımız da yüksək qiymətləndiriblər. Doğrudan da mənim üçün ayırıcı sərhəd olmayıb. Bötüvlükdə Bərdənin adına çalışmağa cəhd etmişəm. Həmçinin, buradan seçicilərimizlə görüşə gedərkən görüşə gələn insanların heç birinin şəxsiyyət vəsiqəsinə baxaraq qəbul etmirik. Bir az öncə Bərdədən dönümşəm, seçici konmandamız ilk işini - imza toplamağı bitirmək üzərdir. Deyim ki, insanlarımız onun ayağına gələn, daim onlarla birlikdə olan şəxsləri qiymətləndirirlər. Zəhmət itmir, dəyər alır, xüsusi məna kəsb edir, sonrakı dövr insanların səsində, xeyir-duasında dəqiq şəkildə ifadə olunur”.
9 saylı Binəqədi İkinci Seçki Dairəsinin deputatı Rəfael Cəbrayılov hazırda Şirvan seçki dairəsindən namizədliyini vermək niyyətindədir. O, artıq qərarını qətiləşdirib. R.Cəbrayılov növbəti seçkilərdə başqa dairədən namizədliyini verməsinin ona çətinlik yaratmayacağını qeyd edib:
“Əksinə bura mənim üçün çox rahatdır, həddindən artıq rahatdır. Çünki Şirvanda böyümüşəm, məktəbə getmişəm, ata-baba yurdumdur, sinif yoldaşlarımla bu gün də əlaqə saxlayırıq. Sinifimiz haqqında kitab buraxılıb. Yəni o qədər mehribanıq ki, bütün əhatəm deyir ki, gəl burdan bir dəfə də namizədliyini ver. Doğrusu düşünürdüm ki, ya hazırda deputat olduğum Binəqədidən, ya Xətaidən, ya da Şirvandan namizədliyimi verim. Sonra fikrimi Şirvan üzərində cəmləşdirdim. Fikrimcıə burada seçicilərlə işləmək çox maraqlı olacaq”.
Aytən ZƏHRA