Bir neçə gün öncə itkin düşən Ermənistan ordusunun hərbçisi Suren Davityanın cəsədi tapılıb. Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Sisian rayonunda “Boçki dzor” adlanan ərazidə Davityana məxsus avtomobil yoldan çıxaraq 80-100 metr hündürlükdən k dərəyə yuvarlanıb və insident zamanı sürücü yerindəcə keçinib.
Hadisənin baş vermə səbəbləri ilə bağlı Ermənistan polisi araşdırmalara başlayıb.
Suren Davityan Ermənistan ordusunun tağım komandiri olub.
Vüqar İsmayılov