Modern.az

Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Təhsil

21 Sentyabr 2015, 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrn 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 26-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir