Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası onun sentyabrın 23-də Moskvaya səfər edəcəyini rəsmən təsdiqləyib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda dövlət başçısının dəftərxanasının bəyanatında qeyd edilib.
Məlumatda qeyd edilir ki, səfər bir günlük olacaq. Ərdoğan Qurban bayramı ərəfəsinə təsadüf edən Moskvaya səfəri zamanı yeni məscid kompleksinin açılışında iştirak edəcək. Onun Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü də istisna edilmir.
Modern.az