Gürcüstanda çoxsaylı rekordlara imza atan azərbaycanlı Etibar Budaqlı Çində keçirilən beynəlxalq rekordlar şousunda iştirak edib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bioenerji bacarığı sayəsində 1200 kiloqram çəkisi olan maşını 10 metr məsafəyə dartıb.
Etibar Budaqlı artıq neçənci dəfədir həm gürcü, həm də beynəlxalq auditoriyanı təəccübləndirir. O, ilk dünya rekordunu 2011-ci ildə, bədənində 50 dəmir qaşıq saxlamaqla müəyyən edib. Bundan sonra onu “maqnit-adam” adlandırıblar.
Modern.az