Modern.az

Pedofiliyada ittiham olunan məşqçi intihar etdi

Pedofiliyada ittiham olunan məşqçi intihar etdi

Təhsil

21 Sentyabr 2015, 17:42


İdman Gimnastikası üzrə ABŞ Olimpiya komandasının keçmiş baş məşqçisi Marvin Şarp intihar edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, azyaşlı qızların zorlanmasında və uşaq pornoqrafiyasının istehsalında ittiham olunan məşqçi öz həbsxana kamerasında intihar edib.

49 yaşlı Şarp 2010-cu ildə ABŞ-da ən yaxşı gimnastika məşqçisi seçilmişdi. Bu il avqusutun 24-də onun evində reyd keçirən polis evdən minlərəl azyaşlı qız şəkli və videosu aşkar etmişdi.   Marvin Şarp gimnast uşaqların fotolarını gözəllik naminə çəkdiyini iddia edirdi.  

2008-ci il Pekin Olimpiya Oyunlarında Marvin Şarpın 2 yetirməsi – Samanta Peşek və Bricit Sloan gümüş və bürün medal qazanmışdılar.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir