Modern.az

AİHM-in vitse -prezidenti türk, sədri isə italyan oldu

 AİHM-in vitse -prezidenti türk, sədri isə italyan oldu

21 Sentyabr 2015, 20:36

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) plenar toplantısında gizli səsvermə yolu ilə məhkəmə öz yeni sədrini seçib. Modern.az xəbər verir ki, bu posta İtaliyanın AİHM-dəki hakimi Guido Raymondi seçilib və onun sədrlik səlahiyyətləri bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək. O, bu vəzifədə mandatı bu ilin oktyabrın 31-də başa çatan Lüksemburqlu Din Şpilmanı əvəz edəcək.

 İtaliyanın Neapol şəhərindən olan Guido Raymondi 2010-cu ildən İtaliyanın AİHM-dəki hakimi, 2012-ci ildən isə Məhkəmənin vitse-prezidenti və şöbə müdiri vəzifələrində çalışıb. 

Türkiyəli hakim isə  Avropa İnsan Hüquqları Məhkəməsinin vitse-prezidenti seçilib. Gizli səsvermədə məhkəmənin iki vitse-prezident vəzifəsindən birinə Türkiyənin AİHM-dəki hakimi, xanım İşıl Karakaş seçilib.Digər vitse-prezident postuna isə  Macarıstanlı hakim Andras Sajo seçilib. Qeyd edək ki, 2008-ci ildən Türkiyənin AİHM-dəki hakimi vəzifəsində çalışan xanım İşıl Karakaş, eyni zamanda 2013-cü ildən etibarən məhkəmədə iki dəfə  şöbə müdiri vəzifələrində də çalışıb.  (APA)

 Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir