Modern.az

Şabran və Siyəzəndə taxıl sahələri yandı

 Şabran və Siyəzəndə taxıl sahələri yandı

21 Sentyabr 2015, 23:34

Şabran və Siyəzəndə yanğın olub.  Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şabranın kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yanğının yayılmasının qarşısı alınaraq, ərazidə olan digər sahələr mühafizə olunub.

Siyəzən rayonu, Eynibulaq kəndindin  dağlıq ərazisində isə 14 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqda yerləşən meşə zolağını isə mühafizə etmək mümkün olub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir