Ötən gün qoşunların təmas xəttində, Tavuş vilayəti istiqamətində Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbçi yaralanıb.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü hərbi qulluqçu Ptxavan Ruslan Mkrtiçyanı qəlpə yaralayıb.Onun Azərbaycan ordusu tərəfindən açılan atəş nəticəsində yaralandığı bildirilir. Mkrtiçyan Noyamberyan xəstəxanasına yerləşdirilib.
Modern.az