Modern.az

Mehriban Əliyevanın namizədliyi qeydə alındı

Mehriban Əliyevanın namizədliyi qeydə alındı

Təhsil

22 Sentyabr 2015, 09:40


Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın deputatlığa namizədliyi rəsmən qeydə alınıb. Modern.az saytı xəbər verir ki, Mehriban Əliyevanın deputatlığa namizədliyi dünən 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Bu barədə saytımıza Dairə Seçki Komissiyasından məlumat verilib.

Qeyd edək ki, M.Əliyeva hakim Yeni Azərbaycan Partiyasının adı çəkilən seçki dairəsindən vahid namizədidir. Birinci xanım hazırda da Milli Məclisdə bu dairəni təmsil edir.

2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilmidi.

Modern.az              

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir