Ötən gün Ermənistanın “Ayazn” Partiyası tərəfindən Yerevanın mərkəzində, “Abovyan” küçəsində təşkil edilən müstəqilliyə dəstək yürüşündə Qarabağ müharibəsində iştirak etmiş Smbat Akobyan amansızcasına döyülüb.
Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə o, təhlükəsizlik xidməti əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.Onu Yerevanın “Surb Qriqor Lusavoriç” tibb mərkəzinə yerləşdiriblər.
Akobyan deyib ki, onu döyənlər 5 nəfər olub. Veteran onları tanıdığını bildirsə də, ad hallandırmayıb.
Qeyd edək ki, Akobyan Veteranlar İttifaqı erməni təşkilatının üzvüdür.
Aqşin Kərimov