Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Kəlbəcər təşkilatı qarşıdan gələn seçkilərlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, onlar təşkilat olaraq seçkilərə qatıla bilməsələr də, keçmış döyüşçülərin fərdi şəkildə 123 saylı Kəlbəcər seçki dairəsindən konkret müdafiə edəcəkləri namizəd var: “Yeni Azərbaycan Partiyası tərəfindən Cavid Qurbanovun namizədliyinin irəli sürülməsi bizim də ürəyimizcə oldu. Bu dairədə Cavid Qurbanova alternativ yoxdur. Bunu bizim seçki dairəsindən namizdəliyini irəli sürənlərin hamısı bilir.
Əminik ki, namizədlərin hamısı Cavid Qurbanovun xeyrinə geri çəkiləcəklər. Üçüncü və dördüncü çağırış Milli Məclıisdə bizi Cavid Qurbanov təmsil edib. Deputatımızdan narazı olan bir şəxsə rast gəmək mümkün deyil.
Bütün bunları nəzərə alaraq biz birmənalı şəkildə dairəmizdən Cavid Qurbanovun alternativi olmadığını bəyan edirik”.
Bəyanatı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Kəlbəcər təşkilatının sədri, istefada olan zabıt Əziz Abbasov təqdim edib.
Pərvin ARZUQIZI