Modern.az

Suriya müxalifəti Rusiyaya “yeni Əfqanıstan” vəd edir

 Suriya müxalifəti Rusiyaya “yeni Əfqanıstan” vəd edir

Təhsil

22 Sentyabr 2015, 10:43



Bəşər Əsədə qarşı vuruşan mötədil Suriya müxalifətinin üzvləri Rusiyanı hədələyiblər. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, mesaj Rusiyanın Suriya rejiminə dəstək olması və yaxın 1 il ərzində 12 “Su-25” qırıcı təyyarəsi satması ilə bağlı açıqlamasından sonra gəlib.

“Rusiya yeni Əfqanıstanla üzləşə bilər - bura göndərəcəkləri əsgərlər, tabutda qayıdacaqlar”.  

Müxalifətçilərin fikrincə, Rusiyanın Suriyaya yardımı münaqişənin daha da uzanmasına və körfəz dövlətlərinin müxalifətə yardımlarının həcmini artırmağa yol açacaq.   Onların fikrincə, Suriya münaqişəsindəki qeyri-müəyyənlik İran və Səudiyyə Ərəbistanı arasındakı gizli müharibəni daha çox alovlandıra bilər.  

Vüqar İsmayılov
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi