Modern.az

PKK-nın dağa çıxardığı uşaqların sayı

PKK-nın dağa çıxardığı uşaqların sayı

Təhsil

22 Sentyabr 2015, 11:24


PKK terror təşkilatının 3 il həll prosesi adlandırılan dönəmdə bir çox şəhərdən sursat yığdığı və çoxlu uşağı dağa çıxartdığı Türkiyənin dövlət qurumu olan “Anadolu” Aganetliyi tərəfindən təsdiqlənib.

Modern.az xəbər verir ki, 2014-cü ildə 18 yaşdan kiçik 1270 uşaq, 2015-ci ilin ilk yarısında 597 uşaq dağa çıxardılıb. Həmin uşaqların ailələri isə dövlətin biganəliyindən gileylənirlər.  

2014-cü ilin noyabr ayında Vanın Başkalə Anadolu İmam Hatip Liseyində yoxa çıxan 3 qız uşağının da PKK-ya qoşulduqları məlum olmuşdu.

Onların  PKK-nın Şimali İraqdakı düşərgələrinin birində çəkilən fotoları yayılmışdı.  

Eyni zamanda 3 azərbaycanlı gənc də bu ilin aprel ayından yoxa çıxmış və bir müddət sonra onların da PKK sıralarına qoşulduqları məlum olmuşdu.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi