Modern.az

BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Təhsil

22 Sentyabr 2015, 12:15


Bakı Ali Neft Məktəbinə (BAHM) 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.
Bu barədə Modern.az-a BAHM-dən məlumat verilib.

Prezident təqaüqdünə layiq görülən 17 tələbədən 9-u “Neft-qaz mühəndisliyi”, 5-I “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 3-ü isə “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olunub. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur.

Xatırladaq ki, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal  toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi