Modern.az

Sentyabrın 28-də Ay tutulması baş verəcək

Sentyabrın 28-də Ay tutulması baş verəcək

Təhsil

22 Sentyabr 2015, 12:19


Sentyabrın 28-də Yer sakinlərini növbəti Ay tutulması gözləyir.

Modern.az xəbər verir ki, bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsinin  sonuncusudur. Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır.

Qeyd edək ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək. Həmin gün Ay səmada tam görünməklə yanaşı, Yer kürəsinə bir qədər də yaxınlaşacaq və nəticədə onun üzərinə planetimizin kölgəsi düşəcək.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi