Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

22 Sentyabr 2015, 13:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 26-31, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoz

Yaxın 3-4 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi