Modern.az

ATƏT-in monitorinqi insidentsiz başa çatıb

ATƏT-in monitorinqi insidentsiz başa çatıb

Təhsil

22 Sentyabr 2015, 14:54


ATƏT cəbhə xəttində növbəti monitorinq keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Piter Svedberq keçiriblər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi