Modern.az

Zakir Həsənovun İsrail səfiri ilə müzakirə etdikləri – FOTO

Zakir Həsənovun İsrail səfiri ilə müzakirə etdikləri – FOTO

Təhsil

22 Sentyabr 2015, 15:07


Sentyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi