Modern.az

Oqtay Əsədov AŞPA müşahidə missiyası ilə görüşdü

Oqtay Əsədov AŞPA müşahidə missiyası ilə görüşdü

Təhsil

22 Sentyabr 2015, 15:15


Sentyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiləri müşahidə missiyası üzrə ad hok (müvəqqəti) komitəsinin ön heyəti ilə görüşüb.

Modern.az xəbər verir ki, Oqtay Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi və digər məsələlərə dair ətraflı məlumat verib. Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazimi şəraitin yaradılığını söyləyib.

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok komitəsinin ön heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqalarını deyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi