Modern.az

YAP yenidən XƏBƏRDARLIQ etdi - Onlar cəzalandırılacaqlar

YAP yenidən XƏBƏRDARLIQ etdi - Onlar cəzalandırılacaqlar

Təhsil

22 Sentyabr 2015, 15:56


Noyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Raqif  Əsgərov deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. O, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsi üzrə qeydə alınan ilk namizəddir. 

YAP rəhbərliyi bir neçə gün öncə xəbərdarlıq edib ki, üzvlərdən kimlərsə seçkilərə partiyanın müəyyən etdiyi siyahıdan kənar, özbaşına qatılarsa, həmin şəxslər cəzalandırılacaqlar.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında bu məsələyə yenidən qayıdıb:

“YAP seçkidə iştirak edəcək namizədlərin siyahısını açıqlayıb və siyahıdan kənar namizədliyini irəli sürənlərə isə partiyanın nizamnaməsinə uyğun tədbir görüləcək”.

Vüsalə Qəzənfərqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi