Modern.az

Təhsil Nazirliyi dərsliklərdəki nöqsanlara aydınlıq gətirdi

Təhsil Nazirliyi dərsliklərdəki nöqsanlara aydınlıq gətirdi

Təhsil

22 Sentyabr 2015, 16:43


Təhsil Nazirliyinin nümayəndələri son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan bəzi dərs vəsaitlərindəki vulqar sözlərdən ibarət mətnlərlə bağlı mətbuat konfransı keçiriblər. Tədbirdə Təhsil Problemləri İnstitunun direktor müavini Ənvər Abbasov, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Asəf Hacıyev, 8-ci sinfin “Azərbaycan dili” dərsliyinin müəllifi, BDU-nun professoru Tofiq Hacıyev, digər müəllifi Samirə Beqtaşi, Mehriban Vəliyeva, Yeganə Əliyeva, nazirliyin Təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev iştirak edib.

Modern.az xəbər verir ki, Təhsil Problemləri İnstitunun direktor müavini Ənvər Abbasov bildirib ki, bütün dərsliklər standartlara uyğun yazılır.

“Bütün normativlər hər yerdə gözlənilməlidir ki, vahid prinsip olsun. “Azərbaycan dili” ilə bağlı standartlar yaranarkən bunun üzərində böyük komissiya işləyib. Komissiyanın sədri Nizami Cəfərovdur, qurumun 23-ə yaxın üzvü var. Dərsliklər də komissyanın tələbinə uyğun olaraq hazırlanır”.

8-ci sinfin “Azərbaycan dili”nin müəllifi Samirə Beqtaşi də dərsliyi yazarkən məhz həmin standartlardan yola çıxdıqlarını qeyd edib.

“Bugünkü uşaqların danışıq leksikonu götürdük və ədəbi dillə qarşılaşdırdıq. Şagirdlərin danışaqlarına baxdıq, izlədik və dərslikdə bu yolla getdik. Bu dialoqa getməyimizin səbəbi dilimizin saflığını qorunması ilə bağlıdır. Biz də qərara gəldik ki, 8-ci sinifdən onları yaxşı danışmağa yönəldək. Bu danışıq da dərslikdə müqayisəli şəkildə verilib. Və tövsiyyə olunur ki nitqimizi artıq sözlərdən təmizləyib, ədəbi normalara uyğun danışaq. Biz şagirdlərə imkan veririk ki, seçim etsinlər, ona hansı xoşdur və hansı seçimi edəcək. Nitq mədəniyyətini öyrətmək üçün fikirləşirik ki, düzgün yol seçmişik. Biz dərsliyi yazarkən qabaqcıl ölkələrin dərsliklərindən yararlanmışıq. Bizim dilimizdə belə ifadələr işlənir və ən çox da yeniyetmələrin və şagirdlərin ifadələrində işlənilir”.

Təhsil Nazirliyinin Təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev qeyd edib ki, dildə nəyisə qadağan etmək, nəyisə öyrətməmək və yasaq etmək mümkünsüzdür.

“Cəmiyyətdə insanların xarakteri necədirsə, dil də o cürdür. Danışıq da, nitq də bir mədəniyyətdir. Kobud, adi məişət dilində danışan şagird oxuyan deyil, ədəbi dildə danışan isə oxumaq həvəskarıdır. Uşaqların özündə olan xarakter nitqində də müşahidə olunur və çatdırılır ki, bu cür danışıq yaxşı qarşılanmır. Cəmiyyət tərəfindən yaxşı qarşılanmaq istəyirsənsə, ədəbi dilin normalarına uyğun danışmalısan. Bu mətn ona görə salınmayıb ki, müəllim istəyib. Bu standartlara uyğun şəkildə hazırlanıb. Bu mətn dərslik formasına düşəndən yüzlərlə insanın ekspertizasından keçir. Yəni bura təsadüfən düşmür”.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi