Modern.az

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qaydalar AÇIQLANDI

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qaydalar AÇIQLANDI

22 Sentyabr 2015, 17:41


Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub.

Nəqliyyat Nazirliyindən Modern.az saytına verilən məlumata görə, ümumi istifadədə olan sərnişin nəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən nəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir.

Bundan əlavə, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt, 5 manat məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsində sərbəst istifadə edə bilərlər.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi