Modern.az

Deputat Modern.az-a əsəbiləşdi: “Açıqlama verməyəcəm”

Deputat Modern.az-a əsəbiləşdi: “Açıqlama verməyəcəm”

22 Sentyabr 2015, 17:49


“Azadlıq-2015” seçki blokunun həmtəsisçisi olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, aznews.az-a açıqlamasında qeyd edib ki, sözügedən dairədə əsas “seçki döyüşü” Müsavat Partiyasının lideri İsa Qəmbərlə özü arasında yaşanacaq. Ə.əliyev onu da bildirib ki, 15 saylı dairədə kifayət qədər dəstəyə malikdir və buna görə 2010-cu illə müqayisədə İsa Qəmbəri udmaq o qədər də çətin olmayacaq. 

Ə.Əliyevin sözlərinə görə, həmin dairənin hazırki deputatı Etibar Hüseynovun namizədliyini yenidən irəli sürəcəyini gözləyir: “Mənə məlumat verdilər ki, bu dairənin deputatı Etibar Hüseynov da namizədliyini təkrar irəli sürəcək. Bura “ölüm” dairəsi sayılır. Mən həmin dairə üzrə hazırlanan ssenarini pozmağa iddialıyam”. 

Modern.az saytı məsələ ilə bağlı deputat Etibar Hüseynovla əlaqə saxlayıb. O, sözügedən məsələ ilə bağlı deyib ki, heç bir halda mətbuata danışmayacaq:

“Bilirsiniz ki, mən mətbuata heç bir məsələ ilə bağlı açıqlama vermirəm”.

Xatırladaq ki, qarşıdakı parlament seçkilərində iştirak üçün 15 saylı Yasamal birinci seçki dairəsindən Müsavat Partiyasının lideri İsa Qəmbər, YAP-dan Bayram Aslanov, AMİP-dən Elşən Mustafayev, deputat Ülvü Quliyev, VİP sədri Əli Əliyev deputatlığa namizədliyini irəli sürüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi