Modern.az

HDP üzvləri keçici hökumətdən istefa verdilər

HDP üzvləri keçici hökumətdən istefa verdilər

22 Sentyabr 2015, 17:51

 

Türkiyənin baş naziri Əhməd Davudoğlunun keçici hökumətində yer alan Xalqların Demokratik Partiyasının (HDP) iki üzvü bu dəqiqələrdə həmin vvəzifələrindən istefa veriblər.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, keçici hökumətdə yer alan və bu gün vəzifələrindən istefa verən Kocaeli millət vəkili Əli Heydər Qönçə və İzmir millət vəkili Müslüm Doğan yerli vaxtla saat 16:30-da HDP-nin mərkəzi qərargahında mətbuat konfransı keçirəcəklər.

Baş nazir Əhməd Davudoğlu artıq hər iki nazirin istefasını qəbul edib. 

Qeyd edək ki, Əli Heydər Qönçə Avropa Birliyi naziri, Müslüm Doğan isə inkişaf naziri vəzifəsində idi. 

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi