Modern.az

Şumaxer arıqlayıb 45 kiloya düşdü

Şumaxer arıqlayıb 45 kiloya düşdü

22 Sentyabr 2015, 18:06


Formula 1-in əfsanəvi pilotu Mixael Şumaxerdən kədərli xəbər gəlib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 2013-cü ilin sonunda xizək sürən zaman keçirdiyi qəzanın ardından komaya düşən və ardından İsveçrədəki evində yatan almaniyalı pilotun vəziyyəti ilə əlaqədar uzun bir müddət sonra ilk məlumat ortaya çıxıb.

Reabilitasiya müddətinin ardından yaxşılaşmasında sürətlənmə gözlənilən Şumaxerin aradan keçən müddətdə səhhətində heç bir irəliləyişin olmadığı bildirilir.  

2013-cü il dekabrın 29-dan bu yana həyatda qalmaq uğrunda savaşan Mixael Şumaxerə yaxın bir qaynaqdan əldə edilən məlumatlarda bildirilir: “Mixael Şumaxerin səhhətindəki irəliləyiş acı verici dərəcədə yavaşdır. Artıq ancaq bir möcüzə onu qurtara bilər. Bu an çəkisi 45 kiloya qədər düşüb. Gəzə və danışa bilmir”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi