Modern.az

Çingiz Qənizadə imzatoplama kampaniyasını başa vurdu

 Çingiz Qənizadə imzatoplama kampaniyasını başa vurdu

22 Sentyabr 2015, 20:20

Hüquq müdafiəçisi Çingiz Qənizadə 80-saylı İmişli- Beyləqan seçki dairəsi üzrə imzatoplama kampaniyasını başa vurub. Bu barədə Modern.az-a açıqlama verən hüququ müdafiəçisi bildirib ki, o qanunda nəzərdə tutulan qədər 450 imzanın toplanmasına nail olub. İmzalar sentyabrın 22-də  80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyasına təqdim edilib: “Qanuna görə, 7 gün müddətində DSK imzaları yoxlayıb namizədin qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir. Odur ki, hazırda DSK-nın qərarını gözləyirəm”.

Qeyd edək ki, imzatoplama kampaniyası oktyabrın 2- də başa çatacaq. Təbliğat-təşviqat kampaniyasına isə oktaybrın 9-dan start veriləcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi