Xəzər dənizində İran-Rusiya birgə hərbi-dəniz təlimləri keçirilə bilər. Modern.az-ın məlumatına görə, bunu hərbi-diplomatik mənbə bildirib.
Qeyd edək ki, İran Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Həbibulla Sayyəri bir müddət əvvəl İranın Rusiya ilə birgə hərbi-dəniz təlimləri keçirmək niyyətində olduğunu bildirib. O həmçinin İranın hərbi gəmilərinin yaxın aylarda Rusiyaya səfər edəcəyini qeyd edib. “Söhbət Xəzərdə hərbi-dəniz təlimlərindən gedir. Rusiya bütün xəzəryanı ölkələr ilə ikitərəfli əməkdaşlıq edir və Xəzərdə mütəmadi birgə təlimlər keçirir. Gələcəkdə bu cür təlimlər İran Hərbi-Dəniz Qüvvələri ilə keçirilə bilər”, deyə mənbə təlimlərin vaxtını açıqlamadan agentliyə bildirib.(APA)Modern. az