Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krım sərhədində günlərdir gözləyən TIR sürücülərinin kütləvi etirazlara başlayacağını iddia edib.
Modern.az bildirir ki, Ukraynada radikal Sağ Sektor təşkilatının üzvləri Krımı Ukrayna ilə birləşdirən bölgəni betonla bağlayaraq yarımadanı mühasirəyə almağa çalışır. Bu haqda FSB Krım Sərhəd Xidmətindən verilən məlumatda bildirilib. Məqsəd isə Ukraynadan bölgəyə qida göndərilməsinin qarşısını almaqdır. Qida qıtlığına qarşı rəhbərlik alternativ yollar axtarır. Sevastopol qubernatoru Sergey Manyailo Türkiyə və Yunanıstanla danışıqlar aparıldığını deyib.Xatırladaq ki, sürücülər Krım tatarları və radikal sağçı qüvvələrin yarımadaya qarşı tətbiq etdiyi embarqo səbəbindən sərhəddə gözləyirlər. (Axar.az)
Modern.az