İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə rayonun Qənbərli yolunda qeydə alınıb. İmişli şəhəri, Pənah Həsənov küçəsi, 94 ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Mübariz Baloğlan oğlu yolu keçərkən "Niva" markalı avtomobil tərəfindən vurulub.
Müxtəlif bədən xəsarətləri alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.Modern.az