Bu barədə onun dostu Əlövsət Ağalarov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Məmməd Aslan uzun zaman idi ağciyər xərçəngindən əziyyət çəkirdi.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunda anadan olub. Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb (1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. Bir müddət sonra rayonda nəşr olunan "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Hazırda Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib.
"Şöhrət" ordeni ilə təltif edilib (2000).
Allah rəhmət eləsin!Modern.az