“Xəzər” televiziyasının yeni binası hələ başa çatmayıb”. Bu məlumatı Modern.az-a “Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal verib.
O qeyd edib ki, yeni binanın tikintisi sürətlə aparılır:
“Son tamamlanma işləri gedir”.Aqşin Kamalın sözlərinə görə, binanın nə zaman təhvil verələcəyi haqqında məlumatlı deyil. “Xəzər” televiziyasının Nobel prospektində, “Azərneftyağ” Neft Emalı Zavodunun yaxınlığında yerləşən 6 mərtəbəli binasının tikintisinə 2011-ci ilin sonlarında başlanılıb.
Aytən ZƏHRA