Milli Məclisin 105 saylı Tovuz seçki dairəsindən olan deputatı Qənirə Paşayeva yenidən namizəd kimi qeydə alınıb.
Modern.az saytının məlumatına Qənirə Paşayeva haqda məlumatı Mərkəzi Seçki Komissiyası yayıb.
Qeyd edək ki, hələlik bu dairədən Qənirə Paşayevadan başqa daha 1 namizəd - hakim Yeni Azərbaycan Partiyasının üzvü Rahilə Yusifova qeydə alınıb.
YAP-ın siyahısı ilə namizədliyi irəli sürülən R.Yusifova Tovuz rayonunda orta məktəb müəllimi işləyir.
Modern.az