"Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədri, Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu böyük şair Məmməd Aslanın ölümü ilə bağlı baş sağlığı verib. O, qeyd edib ki, doğma qardaşı, dostu, sirdaşı, uzun müddət yoldaşlıq və sirdaşlıq etdiyi, sözünün əvvəli və son kəlməsi vətənə bağlı olan, “Vətən gözdür, biz kirpik” deyən Məmməd Aslan Kəlbəcər həsrəti ilə dünyasın dəyişdi.
“Mən bu saat Kəlbəcərin, Laçın qayanın, Keytinin, Çilgəzin, Yeddi Qardaşın, Ceyran bulağının Məmməd Aslan üçün sızıltısını eşidirəm. Məmmədlə biz uzun müddət dost, sirdaş olmuşuq. Onun itirmək mənim üçün çox ağır və kədərlidir. Allah rəhmət eləsin, yeri behşit məkanı cənnət olsun”.
Modern.az