Modern.az

Hülakülər dövrünə aid dəyərli tapıntılar aşkarlandı

Hülakülər dövrünə aid dəyərli tapıntılar aşkarlandı

23 Sentyabr 2015, 11:58


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba-Gilan” arxeoloji ekspedisiyası  Xaraba-Gilan antik və orta əsr şəhər yerində, SSRİ vaxtında dayandırılan arxeoloji tədqiqatları davam etdirir.

İndiyədək şəhər yerində aparılan arxeoloji qazıntılar, yalnız dini və ictimai tikililəri əhatə edib, şəhərin əsas məhəllələri və narınqalası demək olar tədqiq olunmayıb.

Modern.az xəbər verir ki, budəfəki ekspedisiya zamanı ərazidən xeyli sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb. 

Əldə edilən şirli və şirsiz gil qablar, hətta qazan və tavalar da mis və dəmir məftillərlə, təsərrüfat küpləri isə əhənglə təmir olunub. Tapılan mis sikkələrin əksəriyyəti Hülakülər, yalnız birinci otaqdan, döşəmənin altından tapılmış bir ədəd mis sikkə isə Səlcuqlar dövrünə aiddir.

Bütün bunlar onu göstərir ki, monqolların hücumu ilə dağıdılan şəhər bərpa olunmasa da, dulusçuluq istehsalı dayansa da, burada yaşayış XIII əsrin sonlarına qədər davam edib.    

Elmin NURİ  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi