Modern.az

İmtahan üçün sənəd vermək istəyən həkimlərin üç gün vaxtı qalıb

İmtahan üçün sənəd vermək istəyən həkimlərin üç gün vaxtı qalıb

23 Sentyabr 2015, 12:36


Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə növbəti imtahan keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ayın 27-dən başlayaraq həkim işləmək istəyənlərin sənədlərinin qəbulu başlayıb.

Sənədlərin qəbulu 3 gün sonra başa çatacaq. İmtahanın keçirilmə tarixi isə sənədlər toplanıb qurtardıqdan sonra bəlli olacaq. Məlumatda qeyd edilib ki, müsabiqəyə Bakı şəhəri üzrə 164 yer, regionlar üzrə 2720 yer çıxarılıb.

Prezident İlham Əliyevin 2012-ci il sentyabrın 5-də imzaladığı sərəncam ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il yanvarın 18-dəki 3 saylı qərarına əsasən nazirliyin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilən yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Aytən ZƏHRA    

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi