Modern.az

Sumqayıtda itkin düşən qadını öldürən kişi tutuldu

Sumqayıtda itkin düşən qadını öldürən kişi tutuldu

23 Sentyabr 2015, 13:17

Avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb və geri qayıtmayıb. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Yeganə Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi