Millət vəkili Etibar Hüseynov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin ötən parlament seçkiləri ilə bağlı dediklərinə cavab verib.
Modern.az xəbər verir ki, Etibar Hüseynov "facebook" profilində yazdığı statusda partiya sədrini özünə rəqib görmədiyini bildirib:"Əli Əliyev deyib ki, sən demə ötən seçkilərdə Etibar Hüseynova, o cümlədən də İsa Qəmbərə qalib gəlibmiş. Mən İsa Qəmbərə 2 Əli Əliyevə isə 4 dəfə səs çoxluğuyla qalib gəlmişəm. Yaxşı mən özümü qoyuram kənara; axi siz İsa Qəmbərə də böyük səs faiziylə məğlub olubsuz. Hamı bilir ki, 2010 cu ildə ən ciddi müşahidəçi nəzarəti 15 saylı dairədə olub. Bəs elə idisə nədən hörmətli Əli müəllim bicə dənə də olsa saxtakarlıq faktini üzə çıxardib məhkəməyə müraciət etmirdi? Səbəb çox sadədir- çünki yox idi belə fakt. O vaxtlar Əli Əliyev İsa Qəmbərin yanında dayanmaq, onunla foto çəkdirməklə tanınan birisi olub. Ayrı heç nə. Və son anda da bu adam efirdə İsa Qəmbərin əleyhinə danışmaqla hakimiyyətə yarınmaq, bunula da xal qazanmaq istədi. Amma əksi baş verdi, nəticə olaraq müxalifət düşərgəsində olan-qalan nüfuzunu da itirdi. Və məğlub oldu. Bu hamının bildiyi bir məsələdir. Nüfuz çəkisinə görə Əli Əliyev nə mənimlə, nə İsa Qəmbərlə, nə də ki, Ülvi Quliyevlə bir tərəziyə qoyulası biri deyil. İnanmırsa gəlsin onun qolundan tutub aparım Yasamala, Bakının istənilən rayonuna o cümlədən də Azərbaycanın ən ucqar əyalətinə. Və görək ki, kimi daha çox taniyirlar. Və yaxud da bu adamı ümumiyyətlə tanıyan varmı? O ki, qaldı Ülvi Quliyevə.. O xalqımızın fəxri, Azərbaycaının Qızıl Fonduna adını yazdırmış birisidir. Onun tək tələbələrinin sayı sizin və o cümlədən İsa Qəmbərin də olan qalan tərəfdarlarından sayca qat-qat çoxdur. Ona görə də əmin olun ki, bu dəfə sizləri daha biabırçı məğlubiyyət gözləyir.
Hamıya uğurlar və sayğıar...".
Modern.az