Modern.az

Məktəb direktoru rüşvət başında yaxalandı

Məktəb direktoru rüşvət başında yaxalandı

23 Sentyabr 2015, 15:42

Grücüstanın Kvemo-Kartli bölgəsində azərbaycanlı məktəb direktoru rüşvət almaq ittiham ilə saxlanılıb. Modern.az Gürcüstan KİV-nə istinalda xəbər verir ki, Bolnisi rayonunu Kvemo kənd 1 saylı məktəbinin direktoru Zakir M. Gürcüstan Antikorrupsiaya Agentliyinin əməkdaşları tərəfindən yaxalanıb.

İstintaqın məlumatına görə, Zakir M. cəmi 5 sinif oxumuş vətəndaşa 9-cu sinifi bitirdiyini göstərən attestat hazırlamağa söz verib və xidməti qarşılğında 500 dollar istəyib. Pulun 250 dollarını öncədən götürən direktor saxlanılıb.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə cinayət işi açılıb. Rüşvət faktı sübut olunarsa, Zakir M.ni 6 ildən 9 ilə qədər məhbəs həyatı gözləyir.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi