Modern.az

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

23 Sentyabr 2015, 16:33


Sərnişinlərin qatarlardan istifadəsini asanlaşdırmaq məqsədi ilə 28 sentyabr 2015-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində hissəvi dəyişiklik ediləcək.

Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib. 

O, qeyd edib ki, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək:

 “24 sentyabr 2015-ci ildən etibarən hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:10-da, Sumqayıt sərnişin stansiyasından saat 06:40 yola düşən elektrik qatarları ləğv olunacaq. Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi