Modern.az

18 ildə Rusiyadan 1,3 trilyon kapital oğurlanıb - STATİSTİKA

18 ildə Rusiyadan 1,3 trilyon kapital oğurlanıb - STATİSTİKA

23 Sentyabr 2015, 16:36



ABŞ-ın “Global Financial İntegrty” (GFİ) təşkilatı dünyada qanunsuz yollarla kapital qaçırılan ölkələrin “5” liyini tərtib edib. Modern.az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, reytinq cədvəlinə Rusiya rəhbərlik edir.

“GFİ” 1994-2012-ci illər ərzində Rusiyadan qanunusz olaraq 1,341 trilyon dollar pulun çıxarıldığını hesablayıb. Bu isə hər il orta hesabla 70,5 milyard dollar vəsaitin qaçırıldığı deməkdir.

2010-2012-ci illərdə isə kapital qaçışı 2 dəfə artaraq 140 milyarda çatıb. 2011-ci il bu mənada Rusiya və dünya üçün rekorddur. Həmin il şimal qonşumuzun ərazisindən qanunsuz yollarla 174 milyard dollar (ölkənin ÜDM-sinin 9,9 faizi) çıxarılıb.

Kapitalın 90 faizi alqı-satqı zamanı satılan məhsulun həcminin sənədlərdə göstərildiyindən dəfələrlə çox olması hesabına xarici banklara köçürülüb.

Ora hesabla Rusiyadn çıxarılan “kölgə kapital”ının miqdarı ümumi daxili məhsulun 8 faizini təşkil edir. İlk “5”likdə qərarlaşan Meksika və Fillipində bu nisbət 4,5 faiz, Hindistanda 1,5 faiz və Braziliyada isə ÜDM-un 1,6 faizidir.

Maraqlıdır ki, 19 ildə Rusiyadan 1,341 trilyon çıxarıldığı halda Meksikadan 42 ildə 1,156 trilyon, Hindistandan isə 64 ilə 700 milyard dollar çıxarılıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi