Modern.az

"Aeroflot"un törəmə şirkətinə Azərbaycana uçmaq qadağan edildi

"Aeroflot"un törəmə şirkətinə Azərbaycana uçmaq qadağan edildi

23 Sentyabr 2015, 23:00

 Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi "Aeroflot" aviaşirkətinin törəməsi olan "Pobeda" şirkətinə 15 ölkəyə uçuş həyata keçirməyi qadağan edib. Modern.az bildirir ki, bu ölkələr arasında Azərbaycan, Niderland Krallığı, Fransa, İtaliya, İspaniya, Macarıstan da var.

Loukoster bu 15 istiqamət üzrə uçuşları cari ilin sentyabrın 17-dən gələn ilin may ayının 14-dək yerinə yetirməyi planlaşdırırdı.

Artıq məsələyə Rusiyanın Nəqliyyat Nazirliyi də münasibət bildirib. Qurumdan bəyan ediblər ki, "Pobeda" xaricə uçuş yerinə yetirmək üçün icazəni 2 aydan sonra ala biləcək: "Hazırda loukosterlərə xaricə uçuş yerinə yetirməyə icazə verən sənəd Ədliyyə Nazirliyinə göndərilib. Sənədə 1-2 ay ərzində baxılacaq, ardınca dövlət qeydiyyatına alınacaq. Bundan 10 gün sonra sənəd qüvvəyə minir və aşağıbüdcəli aviaşirkətlər yaradılan imkandan istifadə edə bilər". (APA)

Modern.az

 
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi