Yanğın Binəqədi rayonunda baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadın xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern. az