Modern.az

Seçkinin boykotundan söhbət gedə bilməz...

Seçkinin boykotundan söhbət gedə bilməz...

Parlament

24 Sentyabr 2015, 11:12


Bəzi müxalifət partiyaları qarşıdakı parlament seçkilərində iştirak etməməyə qərar verib və bunu ədalətli seçkilərin keçirilməsi üçün minimal şəraitin olmaması ilə əlaqələndirib.

Maraqlıdır, bəzi partiyaların boykot mövqeyi sərgiləməsi seçkilərin legitimliyinin tanınmasına əngəl ola bilərmi?

Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran millət vəkili Fuad Muradov hansısa partiyanın seçkidə iştirak etməməsinin seçki prosesinə və onun nəticələrinə təsir göstərməyəcəyini vurğulayıb: “Əksət partiyalar parlament seçkilərində iştirak edir. Mən bunu namzidədliyimi irəli sürdüyüm dairədə də müşahidə edirəm. Bir neçə partiyanın seçkilərdə iştirak etməməsinin seçkinin boykot edilməsi ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, boykot anlayışından seçki prosesində istifadə edilə bilməz. Bizim qanunvericiliyə görə istənilən Azərbaycan vətəndaşı seçkidə iştirak edə, səs çoxluğu ilə qələbə qazana bilər. Hər şey insanların yanaşmasından, onların öz səslərini kimə verəcəyindən asılıdır.

Bu günə qədər keçirilən seçkilərdə vətəndaşlar tərəfindən çox böyük fəallıq müşahidə edilib. Şübhəsiz, prezident seçkilərində bu fəallıq parlament və bələdiyyə seçkiləri ilə müqayisədə daha yüksək olur. Bütün dünyada bu proses eynidir.

Ola bilsin ki, bəzi müxalifət partiyalarının elektoratı yoxdur, insanlarla işləmirlər və s.

Bu baxımdan hansısa partiyanın seçkilərə qatılmaması seçkilərin nəticəsinə əsla təsir göstərməyəcək.

Parlament vətəndaşların iradəsi əsasında formalaşacaq və legitim şəkildə öz fəaliyyətini davam etdirəcək”.

F.Muradov onu da qeyd edib ki, Azərbaycana qarşı düşmənçilik sərgiləyən bəzi beynəlxalq təşkilatların mövqeyindən çıxış edən yerli qurumlar əslində öz dövlətlərinə, öz xalqına qarşı çıxırlar: “Bu, yolverilməzdir. Müstəqilliyimizi qorumaq hər bir Azərbaycanlının borcudur.

Dövlətimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliymizə, dövlətimizə qarşı olan qüvvə Ermənistandır. Onun havadarlarıdır. Onların mövqeyində olan yerli qurum varsa, bundan təəssüf hissi keçirirəm. Azərbaycan xalqı ona qarşı gələn bütün qara qüvvələri dəf etməyə qadiridir”. 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama