Modern.az

Məşhur Hollivud rejissorundan ABŞ-a sərt TƏNQİD

Məşhur Hollivud rejissorundan ABŞ-a sərt TƏNQİD

24 Sentyabr 2015, 15:42


“Yaxın Şərqdə qeyri-sabitlik yaratdıq. Sonra da özümüzün səbəb olduğumuz xaosa grə terror təşkilatlarını günahlandırdıq”.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ı aşağılayan sözlərin müəllifi 3 dəfə “Oskar” mükafatına layiq görülən məşhur rejissor Oliver Stoundur.

O, yerli alimlərlə bərabər yazdığı “Amerikanın danışılmayan tarixi” adlı kitabını seriallaşdırıb və bu barədə ABŞ-ın xəbər agentliklərindən birinə danışarkən ölkəsini aşağılayan sözlər deyib. Onun sözlərinə görə, ABŞ dünya üçün hətta İŞİD-dən də təhlükəlidir:

“Əvvəl problemləri yaradırıq, sonra da bu problemləri həll etmək üçün böyük hərbi planlar hazırlayırıq və o hərbi həll işə yaramır"

Elmin NURİ  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı